banner
banner

Sosİal

Ölkədə 14 mindən çox iş yeri bağlanıb

Ölkədə 14 mindən çox iş yeri bağlanıb
2016-cı ilin I rübü ərzində ölkədə 48 min yeni, o cümlədən 42 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 64,6%-i qeyri-dövlət sektorunda açılıb. 
Dövlət Statistika Komitəsinə (DSK) məlumat yayıb.
Yeni iş yerlərinin 25%-i Bakı şəhərinin, 1,2%-i Naxçıvan Muxtar Respublikasının, 73,8 %-i regionların payına düşüb.
Daimi iş yerlərinin 7,7%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 30,4%-i mövcud müəssisə və təşkilatlarda, 0,9%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 61%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb.
Qeyd edək ki, komitənin məlumatına görə, 2014-cü ilin yanvarın 1-dən  2016-cı ilin aprelin 1-dək Azərbaycanda ümumilikdə 291,1 min olmaqla 238,2 min daimi iş yerləri yaradılıb. 
Bundan başqa, komitədən qeyd edilib ki, 2016-cı ilin I rübündə ölkədə 14,1 min iş yeri bağlanıb. 
Bu dövrdə bağlanmış iş yerlərinin 78,1%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 63,4%-i fərdi sahibkarlıq subyektlərinin, 15,3%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 21,3%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.