banner
banner

Şou

Model Gülbeni qınadı: “Evli adamla işim olmaz”

Model Gülbeni qınadı: “Evli adamla işim olmaz”

Müğənni Gülben Ergenin həyat yoldaşı Erhan Çelike qəlb mesajı ataraq, heyranlığını elan edən gənc model Esra Nur Türkerə qəzəblənməsi mətbuatın mövzusuna çevrilmişdi. 
"Qadın arasında" proqramına telefonla qoşulan 25 yaşlı model Esra Nur qısqanclıq məsələsinə aydınlıq gətirib:
"Bu məsələ səhv başa düşüldü. Mən Erhan Çelikin aparıcılığını çox bəyənirəm, amma onun yaraşıqlı olmağı ilə maraqlanmıram. Onunla prezidentimizin qızının toyunda da qarşılaşmışdıq. Paylaşdığı sözü bəyənərək, ona qeyri ixtiyari 3 qara ürək göndərdim. Gülben xanımı da çox bəyənirəm. Ailəyə böyük hörmətim var. Məni səhv başa düşüb, qısqanmağa ehtiyac yoxdur. Onun yerində olsaydım, heç vaxt belə hərəkət etməzdim. Adi bir mesajı səhv anladı və məsələ böyüdü. Evli bir adamla işim olmaz”.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.