Facebook istifadəçilərinin 1/4-ü lovğalanmaq və şit-şit romantikanı əks etdirən məlumatları ən çox qıcıqlandıran adlandırıblar, The İndependent yazır.
Oxu.Az xəbər verir ki, bu barədə sorğunu Britaniyanın PromotionalСodes reteyl-portalı aparıb.
İnternet istifadəçiləri öz sevgililəri haqqında romantik yazılar yerləşdirən dostları barədə mənfi fikir bildiriblər.
Münasibətləri yaxud nikahda olması ilə lovğalanan insanlar isə Facebook istifadəçilərinin 26%-ni qıcıqlandırırlar.
İkinci yerdə sosial şəbəkədə həyatdan şikayətlənməyi xoşlayanlar dayanırlar – belə istifadəçilər rəyi soruşulanların 22%-nin narazılığına səbəb olurlar.
Statuslarını tez-tez yeniləməyi xoşlayanlar isə Facebook istifadəçilərinin 19%-ni bezdiriblər.
Qeyd edək ki, 2014-cü ilə olan məlumata görə, Facebook-da 829 min adam qeydiyyatdan keçib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.