banner
banner

Sosİal

Mikayıl Cabbarovun müavini birinci oldu

Mikayıl Cabbarovun müavini birinci oldu

Təhsil Nazirliyinin aparatının əməkdaşları arasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib. 

 

CİA.az Nazirliyin saytına istinadən xəbər verir ki, turnirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, təhsil nazirliyinin 30-ya yaxın əməkdaşı, milli tennis yığmasının üzvləri iştirak edib. Turnirin keçirilməsində məqsəd əməkdaşların fiziki hazırlığının möhkəmləndirilməsi və onların işdənkənar münasibətlərinin gücləndirilməsidir. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışlayaraq belə təcrübənin geniş yayılmasının vacibliyini bildirib. Federasiya rəsmisi təhsil sahəsində çalışanların idmanın bu növünə marağının təhsilalanlar arasında da stolüstü tennisə həvəsin artmasına səbəb olduğunu vurğulayıb. Bu isə onların sağlam inkişafına müsbət təsir göstərir. 

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə idmana böyük marağın olduğunu bildirib. Daha sonra nazirliyin əməkdaşları arasında yarışa start verilib. Kişilər arasında birinci yeri təhsil nazirinin müavini Firudin Qurbanov, ikinci yeri şöbə müdiri Samir Vəliyev, üçüncü yeri sektor müdiri Namiq Məmmədov tutub. Qadınlar arasında turnirin qalibi Aysel Ağayeva olub. Sonrakı yerləri Fəridə Novruzova və Həbibə Fərzəliyeva tutublar. Qaliblər Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.