Türkiyəli aktyor İsmail Hacıoğlunun 3 ay öncə nikaha daxil olduğu həyat yoldaşı Duyğu Kurmaki hər kəsin diqqətini sosial şəbəkədə yazdığı şərhə yönəldib.
Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, izmirli rəqqasə İ.Hacıoğlu ilə evlənərkən 3 aylıq hamilə olduğunu etiraf edib.
Aktyorun həyat yoldaşı ultrasəs və hamiləlik fotosunu sosial mediada paylaşarkən, bunları qeyd edib: "Meet My Lav (Məhəbbətimlə tanış ol)". Rəqqasənin hazırda 6 aylıq hamilə olduğu bəlli olub. Cütlük uşaqlarının doğulacağı günü səbrsizliklə gözləyir.
Xatırladaq ki, İsmail Hacıoğlu bundan öncə Vildan Atasevərlə ailəli olub. Aktyor 5 illik evliliyini ötən ilin yanvarında bitirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.