banner
banner

Gündəm

Atası dövlət məmuru olan gənc “avtoş”dan nə xəbər var?

Atası dövlət məmuru olan gənc “avtoş”dan nə xəbər var?
Mayın 19-da axşam saatlarında Bakı küçələrində “KIA” markalı avtomobillə “avtoş”luq edən və nəticədə 20-yə yaxın polisin güclə zərərsizləşdirdikləri 23 yaşlı tələbə Nicat Abdullayev gündəmdən düşmür. Hər keçən gün onun  barəsindəki iddiaların sayı artmaqdadır. 
Mayın 20-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası alan N. Abdullayevin bu qədər də gündəmdə qalmasına əsas səbəb onun məmur oğlu olması ilə bağlı gəzən söz-söhbətlərdir. Onun Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu olduğu deyilir. Maraqlıdır ki, nazirlik indiyə qədər səslənən ittihamlarla bağlı bir açıqlama belə verməyib. Oğlunun qanun pozuntusu ilə gündəmə gələn atanın 3-cü mikrorayon bazarının sahiblərindən biri olduğu da üzə çıxıb. Bu isə onun vəzifəsindən uzaqlaşdırılacağı şayiələrini gündəmə gətirib. 
 
XİN-in bu məsələdəki susqunluğuna son qoymaq üçün qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat katibi Hikmət Hacıyev ittihamlara belə cavab verdi: “Bizdə elə bir məlumat yoxdur. Bununla əlaqədar Dövlət Yol Polisinə müraciət etməyinizi xahiş edirəm. Hər bir şəxs yol hərəkət qaydalarını pozursa, onun bununla bağlı məsuliyyəti var. Bu barədə Dövlət Yol Polisi də açıqlama verib”.
 
Qeyd edək ki, gənc “avtoş”un bu ilk həbsi deyil. Ərköyün böyüdüldüyü deyilən Abdullayev indiyə qədər üç dəfə məhkəməyə cəlb olunub. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.