banner
banner

Sosİal

Nazirlik əlilləri Türkiyəyə göndərdi

Nazirlik əlilləri Türkiyəyə göndərdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 25 əlili Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib.

Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, əlillər Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə göndərilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, əlilliyi olan şəxslərin rahat şəkildə qeyd olunan mərkəzə çatdırılması və 5 ulduz oteldə yerləşdirilməsi, bərpa-müalicə və digər müvafiq xidmətlərlə təmin edilmələri üçün lazımi təşkilati işlər görülüb. Bu işlərə nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün nazirliyin bir nəfər həkim əməkdaşı da gedir: “Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşağın Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa-müalicəsi təşkil edilib. Cari ildə isə artıq 50 nəfər əlilliyi olan şəxs həmin mərkəzə göndərilib. Müalicə müəssisəsində peşəkar həkim-reabilitoloqların nəzarəti altında və təbii müalicəvi resurslardan istifadə şəraitində səmərəli bərpa-müalicə kursu tətbiq olunur”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.