Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə hesab edir ki, Azərbaycan müsəlmanları öz enerjilərini bəzi qüvvələrin təhrikinə gedərək məzhəblərarası mübarizəyə yox, ümummilli problem olan Qarabağa, işğal olunmuş torpaqların geri qaytarılmasına sərf etməlidirlər.
CİA.Az APA-ya istinadən xəbər verir ki, A.Paşazadə bunu Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə əlaqədar QMİ-də keçirilən tədbirdə deyib. O bildirib ki, Azərbaycanda vicdan azadlığı və dini dəyərlərin qorunması dövlətin nəzarəti altındadır və ölkə başçısı yüksək səviyyədə bütün dinlərə, bütün həqiqi islami məzhəblərə (sünni və şiə) qayğı göstərir: “Biz müsəlmanlar bundan istifadə edib bir-bizimizə qarşı yox, ümumi düşmənimizə - Qarabağımızı bizdən alana qarşı birləşməliyik. Əslində, islamda yalnız iki məzhəb – sünni və şiə məzhəbi var ki, Azərbaycanda da əzəldən hər iki məzhəbin mənsubları mehriban və rahat şəkildə yaşayır. Peyğəmbərimiz hər iki məzhəbin peyğəmbəri olub və biz ən azı ona hörmət xətrinə qardaşlığımızı unutmamalıyıq”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.