banner
banner

Gündəm

İstanbuldakı partlayışda yaralanan azərbaycanlı danışdı

İstanbuldakı partlayışda yaralanan azərbaycanlı danışdı

Bu gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışda yaralanan Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Murad Mirəliyevin vəziyyəti stabildir.

Bu barədə "Report"un Türkiyə bürosuna M.Mirəliyevin özü məlumat verib.

"Mən Türkiyədə yaşamıram. Sadəcə, İstanbulda qohumlarım olduğundan onlara baş çəkmək üçün tez-tez Türkiyədə oluram. Bu gün də təsadüfən oradan keçirdim, hər gün getdiyim yer deyildi. Yağış yağdığından çətir götürmüşdüm. Birdən güclü zərbə dalğasından yerə yıxıldım. Havada tüstü dumanı olduğunu gördüm. Başım dümanlandı, daha sonra istilik hiss etdim, ayağımın arxa hissəsindən qan axırdı...

Artıq özümü yaxşı hiss edirəm. Həkimlər 20-25 gün ərzində xəstəxanadan evə buraxılacağımı bildiriblər", - deyə o söyləyib.

*   *   *18:58

İstanbulda törədilən partlayışda yaralanan azərbaycanlının kimliyi məlum olub.

Yaralanan Azərbaycan vətəndaşı Murad Mirəliyevdir. Şamaxı rayonunda yaşayan əslən axısxa türkü olan M.Mirəliyev ayağından yaralanıb. O, Haseki Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Zərərçəkən APA-nın Türkiyə müxbirinə artıq əməliyyat olunduğunu deyib. O bildirib ki, vəziyyəti normaldır, özünü yaxşı hiss edir. Yaralı İstanbulda yaşayan qohumlarına baş çəkmək üçün bu şəhərə səyahət etdiyini deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib. Hadisə nəticəsində 12 nəfər - 7 polis əməkdaşı, 5 mülki şəxs ölüb. Hadisə nəticəsində 35 nəfər yaralanıb ki, onlardan da 2-nin vəziyyəti ağırdır.

Hadisəni PKK terror təşkilatının törətdiyi ehtimal olunur.

Qeyd edək ki, məlumatların yayılması ilə bağlı artıq mətbuata qadağa qoyulub. Media yalnız rəsmi məlumatları yaya bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.