banner
banner

Sosİal

İsmayıllıda 12 yaşlı qızı sel aparıb

İsmayıllıda 12 yaşlı qızı sel aparıb
İyunun 12-də İsmayıllı rayonuna yağan güclü leysan yağışı nəticəsində yaranan sel suları kəndlərə ciddi ziyan vurub, iki nəfər ağır xəsarət alıb.
APA-nın yerli bürosunun xəbərinə görə dağlardan gələn sel suları evləri, küçələri, həyətyanı sahələri basıb, 10-dan çox kənddə böyük fəsadlar törədib. Rayonun Çayqovuşan kənd sakini 2004- cu il təvəllüdlü Sadıqova Səbinə Samir qızını sel aparıb. O, yaşadığı evin yaxınlığından keçən Göyçay çayının üzərindəki piyada körpüsündən keçərkən palçıq səbəbindən ayağı sürüşərək çaya düşüb. Kənd sakinləri çaya düşdüyü yerdən 100 metr aralıda ağaca ilişərək suda qalan 12 yaşlı qızın həyatını xilas ediblər. Təxminən 20 dəqiqə suda qalaraq boğulan Səbinə Sadıqova təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib.
Hazırda reanimasiya şöbəsində olan Səbinə Sadıqovanın vəziyyəti ağır olaraq qalır. Sel suları Quşencə kənd sakini 1938-ci il təvəllüdlü Mustafayeva Maya Muradxan qızına məxsus fərdi yaşayış evini dağıdıb. Maya Mustafayeva qəflətən dağılan evin damının altında qalaraq ağır xəsarət alıb. O, təcili və təxirəsalınmaz tibbi yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilib, hazırda müalicə olunur.
Faktla bağlı araşdırma aparılır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.