Həbsdə olunan jurnalistlər əfv oluna bilər - DEPUTAT
“Ölkə başçısının onların əfv müraciətlərinə müsbət cavab verəcəyinə şübhə etmirəm”.
Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Yeni ildə əfv olunacaq jurnalistlər haqda fikirlərini bölüşərkən deyib. Deputatın sözlərinə görə, həbsdə olan iki jurnalist – Əvəz Zeynallı və Pərviz Həşimli əfv oluna bilər:
“Məndə olan məlumata görə, barəsində hökm oxunmuş hər iki jurnalist cənab prezidentə əfv olunmaları üçün müraciət edib. Biz də hüquq müdafiəçiləri olaraq arzu edirik ki, onlar azadlığa buraxılsın. Təbii ki, bu, cənab İlham Əliyevin iradəsinə aid olan qərardır. Lakin onu da qeyd edim ki, ölkə başçısının onların əfv müraciətlərinə müsbət cavab verəcəyinə şübhə etmirəm”.
Bildirək ki, hazırda həbsdə bir neçə jurnalist olsa da, onlardan yalnız ikisi – “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və “Moderator.az” saytının rəhbəri Pərviz Həşimli barəsində məhkəmə qərarı hüquqi qüvvəyə mindiyindən, yalnız onların əfvə düşmək ehtimalı var.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci ildən, “Bizim yol” qəzetinin əməkdaşı və “Moderator.az” saytının direktoru Pərviz Həşimli isə 2013-cü ildən həbsdədir. (axar.az)
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.