banner
banner

Gündəm

“Eldar Mahmudovun əlində 2800-dən çox seks videoları var...” KEÇMİŞ MTN ZABİTİ

“Eldar Mahmudovun əlində 2800-dən çox seks videoları var...”

Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb. Virtualaz.org xəbər verir ki, bunu MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində deyib.

Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlərin olduğu haqda əvvəllər də dəfələrlə yazılıb. Lakin indi keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını açıqlayır.

Bəs bunlar hazırda Mahmudovun və adamlarının əlində olan videolardır, yoxsa MTN-dəki qruplaşmanın ləğvindən sonra müsadir edilənlərdir? Çünki məlumdur ki, Eldar Mahmudovun, Akif Çovdarovun və digərlərinin evində aparılmış axtarışlar zamanı həm də şantaj xarakterli videolardan ibarət çoxsaylı disklər, elektron daşıyıcılar müsadirə olunmuşdu.

Ərəstun Oruclu virtualaz.org-a açıqlamasında deyir ki, 2800 rəqəmi ona mötəbər mənbələrdən verilib, lakin başqa detallar haqda danışa bilməz. Çünki əlavə məlumatı yoxdur. “Bunlar jurnalistlər, ictimai fəallar, tanınmış şəxslər, o cümlədən yüksək vəzifəli məmurlar və ailə üzvləri barədə gizli videoçəkilişlərdir. Lakin həmin videoların hazırda harada olduğu haqda məndə məlumat yoxdur. Mənə verilən məlumat belədir ki, bunların əlində həmin sayda seks videoları olub, başqa təfərrüatları bilmirəm. Yəqin ki, bu, ciddi araşdırma mövzusu ola bilər”-keçmiş MTN zabiti bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.