banner
banner

Sosİal

Ucarda "Yaşıl terror"un acı fəsadları - ŞİKAYƏT

Ucarda "Yaşıl terror"un acı fəsadları

Ucarda yaşıllıqlar məhv edilərək yerində ticarət obyektləri tikilir.

Bu barədə rayon sakini Vasif Abdullayev Aktual.az-ın e-mailinə göndərdiyi şikayətində bildirib. Onun sözlərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı rayona biganə yanaşdığından vəziyyət acınacaqlıdır:

"Uzun müddətdir ki, Ucar rayonunda ekoloj problemlərin tuğyan etməsi barədə, ardıcıl olaraq, mətbuat vasitəsi ilə müraciətlər etmişəm. Bundan əvvəl Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva problemin aradan qaldırılması üçün işlər görüləcəyini mətbuatda açıqlamışdı. Lakin bundan sonra tamam fərqli mənzərə ilə rastlaşdıq. Bu rayonda nəinki zibilliklər təmizlənmir, ekoloji bəla olaraq, ağacların da kəsilməsinə start verilib. Rayon İcra Hakimiyyəti başçısı isə bu məsələlərə heç bir reaksiya vermir. Sanki bu rayona deyil, başqa bir rayona başçı təyin edilib.
Rayonda ağac əkmək yox, ağac kəsmək ənənə halını alıb . Və bu ənənəni kimlərsə çox canfəşanlıqla həyata keçirirlər. Odur ki, mətbuat vasitəsi ilə aidiyyatı qurumlardan xahiş edirəm, məhv edilmiş yaşıllıqların bərpasına, cavabdehlərin məsuliyyətə cəlb edilməsinə kömək etsinlər". 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.