"Muhteşem Yüzyıl Kösem" in “Kösem Sultan”ı Beren Saatın serialdan 110 min lirə alacağı xəbərləri dolaşır. "Muhteşem Yüzyıl" serialından sonra “Muhteşem Yüzyıl Kösem”in eyni uğuru qazanacağı proqnoz edilsə də, serial ilk buraxılışlarından reytinq qurbanı oldu. Böyük iddilarla ekrana çıxarılan serial bir o qədər səs-küy yarada bilməyib. Buna baxmayaraq, Beren Saatın yeni mövsümdə alacağı məbləğ artırılıb. Bu mövsümə qədər hər bölümdən 90 min lirə alan aktrisanın, bundan sonrakı qazancı 110 min lirə təşkil edəcək. Bununla, B.Saat qadın aktrisalar arasında ən çox qazanan olacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.