Ağcabədi məscidinin imamı aksiya ilə bağlı yayılan xəbərləri təkizb edib.
Ağcabədi şəhər Cümə Məscidi Dini İcmasının sədri İsmayılov Novruz “Qafqazinfo”ya müraciətində rayon rəhbərlyi tərəfindən azanın səsinin azaldılması barədə tapşırıq olmadığını bildirib: “Azanın səsgücləndirici ilə verilməsinin dayandırılması barədə məscid rəhbərliyinə və dindarlara Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən heç bir formada tapşırıq və göstəriş verilməyib. Dindarların adından gedən yazı qərəzli məqsədlə yazılıb, şər və böhtan xarakterlidir”.
Qeyd edək ki, yayılan məlumatlarda icra başçısının tapşırığı ilə azanın səsinin azaldıılmasına görə dindarların aksiya keçirəcəyi bildirlirdi.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.