Məcburi köçkünlər yolu bağladı: “Qızlarımız qamışlıqda çimir”
Füzulidən olan 30-dək məcburi köçkün Beyləqanda rayonun mərkəzi yolunu bağlayıb.
Aznews.az xəbər verir ki, köçkünlərin etirazına səbəb məskunlaşdıqları keçmiş Kəndtikinti Açıqtipli Səhmdar Cəmiyyətinin ərazisində tikinti işlərinin aparılmasına icazə verilməməsidir.
“23 ildir burada yaşayırıq. Biz qaldığımız müddətdə buranı söküb daşıdılar. Onların ehtiyatsızlığı ucbatından azyaşlı uşağımız betonun altında qaldı öldü. 18 yaşında qızlarımız qamışlıqda çimir. Özümüz torpağın üzərində yatırıq. Biz istəyirik ki, öz hesabımıza olsa da bir ev tikək. Lakin bizi incidirlər. Ev tikməyimizə mane olurlar. Kim inanmırsa gəlsin bizim yaşayış tərzimizə baxsın”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.