banner
banner

Şou

Kamal Doğulu niyə intihar edib? - iddia

Kamal Doğulu niyə intihar edib? - iddia

Dünən təcili şəkildə xəstəxanaya aparılan modelyer Kamal Doğulu haqda Türkiyə mediasında müxtəlif xəbərlər dolaşır. 
Ayağındakı problemə görə həkimə getməyə hazırlaşan Doğulu evdən çıxarkən pilləkənlərdə yıxılıb və tək yaşadığı üçün xəbərsiz şəkildə saat yarım qan içində qalıb. Müayinə zamanı modelyerin beyin travması keçirdiyi, onurğasında zədələnmə olduğu müəyyən edilib.
İddialara görə isə K.Doğulu intihar edib. Uzun zamandır psixoloji problemləri olan ulduz "İşte benim stilim"dən ayrıldıqdan sonra depressiyaya düşüb. İşləri də pozulan Kamal adını daşıdığı gözəllik salonunun bağlamaq məcburiyyətində qalıb. O, daha sonra bir ay xəstəxanada psixoloji müalicə görüb. Bu arada 20 kiloqram kökələn K.Doğulu yaxın qohumunun gözəllik salonunda çalışaraq tələbatını ödəyirmiş. Onun son zamanlar başda qardaşı, aktyor Kadir Doğulu olmaqla hər kəslə münasibətlərinin soyuq olduğu deyilir.

Kadirin keçmiş nişanlısı, bir zamanlarda Kamalla çalışan müğənni Hande Yener xəbəri eşidən kimi xəstəxanaya gəlib. Lakin onun da modelyerlə arasının son zamanlar pozulduğu bildirilib. K.Doğulu ilə birgə "İşte benim stilim"in münsiflər kürsüsündə əyləşən modelyer Nur Yerlitaş isə "onu bu vəziyyətə salanlar var" deyib.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.