Üç ay əvvəl Rıza Esendemirdən boşanan İrem Dericinin Selami Şahinin oğlu Liderlə münasibəti davam edir.
Axşam.az-ın Türkiyə KİV-inə istinadən xəbərinə görə, Liderin anası və atasının bu münasibətlə bağlı tənqidləri söz-söhbətə səbəb olmuşdu.
Bütün etirazlara baxmayaraq cütlük dostları ilə birlikdə istirahətə yollanıb. Lider və İrem əvvəlcə Barselonada dincələcək, daha sonra isə Amsterdama gedəcəklər. Cütlük Ramazan bayramında İstanbula qayıdacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.