banner
banner

Sosİal

Üç deputat qızına toy edir

Üç deputat qızına toy edir

Bu ilin oktyabrını Azərbaycanda toy-bayram ayı kimi qeyd etmək olar. Demək olar ki, son günlər hər kəsə toy dəvətnaməsi paylanılır. Bunun səbəbi isə qarşıda Məhərrəmlik ayının gəlməsidir.

“Qafqazinfo” xəbər verir ki, başı toya qarışanlar arasında tanınmışlar da var. Belə ki, gələn həftə Milli Məclisin 3 deputatı qızına toy edir. Oktyabrın 6-da millət vəkili Rafael Cəbrayılov, 10-da Fəzail İbrahimli, 14-də isə xanım millət vəkili Jalə Əliyeva qızına toy edir.

Onların kimlərlə quda olması haqda hələ ki, bilgimiz yoxdur. Azərbaycanda adətən yüksək vəzifəli şəxslər öz ətrafı ilə quda olur.

“Qafqazinfo” toy edənlərdən biri Jalə Əliyevanın qızı Müjganla bağlı bəzi məlumatlar əldə edib. Millət vəkilinin 1990-cı il təvəllüdlü qızı Tibb Universitetində təhsil alıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.