Azərbaycanda hər 100 min nəfərdən 5-i intihar edir
Bu il Azərbaycanda Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı artıb.
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin (PSM) direktoru Fuad İsmayılov açıqlamasında bildirib ki, ötən il həftədə 50 nəfər mərkəzə müraciət edirdisə, indi həftədə 100-dən çox müraciət daxil olur. Onun sözlərinə görə, müraciətlərdə depressiya halları üstünlük təşkil edir: “Bütün dünyada olduğu kimi Azərbaycanda da depressiya halları kişilərə nisbətən qadınlar arasında üstünlük təşkil edir və 2 dəfə çoxdur. Bunun da səbəbləri qadınların daha emosinal, həssas olması, daha çox zorakılıq və digər hallarla qarşılaşmasıdır”.
İntiharlara gəlincə, F.İsmayılov qeyd edib ki, Azərbaycanda hər 100 min nəfərə 5-ə yaxın intihar halı düşür. Mərkəz rəhbəri uşaqlar arasında intihar hallarının qeydə alınmaması üçün valideynlərə müraciət edib: “Uşaqlarda hansısa emosionallıq, davranış dəyişikliyi hiss olunduqda, mütəxəssislərə, psixoloqlara, psixatrlara müraciət etmək lazımdır. Onların adının qeydə alınmasında, ətrafdakı insanların onların problemlərini bilməsindən narahat olmasınlar. İnsanlar mərkəzə müraciət etdikdə onların siyahısı qeydə alınmır, adları anonim şəkildə də qala bilər”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.