banner
banner

Gündəm

Azərbaycan xəstəxanalarında daha bir faciə - BAŞ HƏKİM QAÇDI, VİDEO

Azərbaycan xəstəxanalarında daha bir faciə -

Azərbaycanda xəstəxanada daha bir faciəli ölüm hadisəsi baş verib. Zaqatala rayon Mərkəzi Xəstəxanasında 6 aylıq uşaq həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib. Bu barədə «ANS Press»ə xəstənin yaxınları məlumat verib.

Onların sözlərinə görə, uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istəyiblər. Lakin həkimlər deyib ki, özləri əməliyyat edəcəklər. Nəticədə, uşaq dünyasını dəyişib.

Bundan sonra uşağın yaxınları ilə həkimlər arasında dava düşüb. Polis əməkdaşları xəstəxanadadır. Baş həkim və digər həkimlərin xəstəxanadan qaçdığı deyilir.

Zaqatala rayon Mərkəzi Xəstəxanasından ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşağın adı Səlim Laçınovdur.

“O iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçirməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib”, - deyə xəstəxanadan bildirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.