banner
banner

Gündəm

Azərbaycandan Sinqapura birbaşa reys açıldı

Azərbaycandan Sinqapura birbaşa reys açıldı

Azərbaycandan Sinqapura birbaşa hava reysi açıldı.

Bu barədə virtualaz.org saytına AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

“Silk Way West Airlines” şirkəti tərəfindən həyata keçirilən uçuşlar həftədə iki dəfə B747-8F yük təyyarəsi ilə yerinə yetiriləcək və Azərbaycan milli yük aviadaşıyıcısının dünyanın başqa istiqamətlərinə birləşdirən istiqamətləri ilə birləşəcək.

Şirkətin əsas qərargahı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı (GYD) Asiyadan Avropaya olan marşrutlar üzrə coğrafi üstünlüklər təklif edir. Asiya, Yaxın Şərq və MDB ölkələri üzrə daim böyüyən şəbəkə və rəqabətə davamlı yanacaq qiymətləri aviaşirkətin donanmasına əlavə üstünlük verir.

“Silk Way West Airlines” aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 19 iyun 2012-ci il tarixində fəaliyyətə başlamışdır. Hazırda aviaşirkətin hava gəmiləri parkına 3 “Вoeing 747-8F” və 2 “Вoeing 747-400F” təyyarəsi daxildir. 2016-cı ilin üçüncü rübündə daha bir “Вoeing 747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin sayı 6-a yüksələcək. Yeni avialaynerin tədarük edilməsi aviaşirkətə ABŞ-da yeni istiqamətlər daxil olmaqla uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.