Türkiyəli sənətçi Bülent Ersoyun keçən həftə modelyer Semih Doğruerlə səmimi fotolarının yayılması 25 yaşlı sevgilisi Berk Yılmazı əsəbiləşdirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu hərəkət Ersoyun sevgilisinin qüruruna toxunub və o hesabat almaq məqsədilə “diva”ya zəng edib.
Amma bu zaman Berk Yılmaz gözləmədiyi reaksiya ilə qarşılaşıb. Ərsoya “Sən necə o adamla yataqda foto çəkdirə bilərsən. Bu dəqiqə həmin şəkilləri silin və bir daha belə şey etməyin” deyən Yılmaz Bülentdən “Sən kimsən ki, məndən hesabat alırsan. Sən kimsən ki, mənim həyatıma müdaxilə edirsən” sözlərini eşidərək təəccüblənib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.