banner
banner

Sosİal

34 yaşlı əlil qız itkin düşüb

34 yaşlı əlil qız itkin düşüb

Cəlilabadda 34 yaşlı qız itkin düşüb.

Bu barədə APA-nın cənub bürosuna itkin düşən şəxsin anası məlumat verib.

Cəlilabad rayonunun Göytəpə şəhər sakini Zərifə Xəlilova bildirib ki, dörd qardaşın 1 bacısı olan qızı Xəyalə Xəlilova bir müddət əvvəl yol qəzasına düşməsi nəticəsində ikinci qrup əlil olub. O bu il aprelin 18-də günorta saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

Zərifə Xəlilovanın sözlərinə görə, qızını görənlər olub. Amma kim tərəfindən hara aparıldığı, yaxud hansı ünvana getdiyi barədə heç bir məlumat yoxdur.

 

Ana qızının itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Poliş Şöbəsinin Göytəpə şəhər polis bölməsinə məlumat verildiyini bildirib.  Polis bölməsi tərəfindən axtarışlar aparılsa da, hələlik Xəyalədən xəbər yoxdur.

 

Qeyd edək ki, Xəyalə Xəlilova evdən çıxan zaman əynində kül rəngində köynək və şalvar, başında isə qırmızı papaq olub.

 

Onu görənlərdən xahiş olunur ki,  aşağıdakı telefon nömrələrinə zəng vura bilərlər: (051)-348-95-66; (050) 384-28-18; (055) 248-17-33

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.