banner
banner

Şou

“Playboy” jurnalı Azərbaycandan yazdı: “Qızlar haqqında hissə...”

“Playboy” jurnalı Azərbaycandan yazdı:

Məşhur erotik jurnal olan “Playboy”un Polşa versiyasının iyun nömrəsində Azərbaycana həsr edilmiş material dərc olunub. Jurnal satışa yeni buraxılıb. Nəşrin elektron versiyası isə hələ internetə yerləşdirilməyib.

Axşam.az xəbər verir ki, Virtualaz.org-un əməkdaşı yazının müəllif Martsin Kasprçakla əlaqə saxlayıb. Müəllif “Playboy” oxucularının Azərbaycanla bağlı nələrdən agah olacağına aydınlıq gətirib:

“Mən apreldə Bakıya gəldim. “Playboy”da biz Azərbaycan mətbəxi haqqında, paytaxtın mərkəzindəki maraqlı binalar, Azərbaycan iqtisadiyyatına neftin təsiri,” Tiffany” və “Four Seasons” kimi təmtəraqlı obyektlər haqqında yazılar yazdıq. Həmin məqalərdən biri Heydər Əliyev Mərkəzi layihəsinin müəllifi, mərhum memar Zaha Hadidə həsr edilib”.
Amerika brendi “Playboy” bütün dünyada erotika ilə assosasiya olunur. Amma Kasprçak bildirib ki, kişi jurnalı Azərbaycan barədə bu mövzudan yan keçib.
“Azərbaycan qızları haqqında hissə isə materialdan mətn qısaldılarkən çıxarılıb. Onun yerinə böyük foto yerləşdirmək qərarına gəldik”, - deyə müəllif təəssüflə vurğulayıb.

“Playboy” jurnalı 1953-cü ildən dərc olunur. Bu illər ərzində “Playboy”da Elizabet Teylor, Madonna, Terner Lili, Demi Mur, Kim Bessindcer, Britni Spirs, Sindi Krouford, Kristina Aqilera, Pamela Anderson, Şeron Stoun, Culiya Roberts, Ancelina Coli və daha heçə-neçə ulduzlar haqqında yazılar dərc edilib.

Jurnalın Amerikadakından başqa, təxminən 40 müxtəlif versiyası var. Polşa versiyası 1992-ci ildən işıq üzü görür. Jurnalın iyun nömrəsinin üz qabığını fotomodel Katarina Xmelin fotosu bəzəyir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.