İki il ərzində “Instagram”da dərc olunan şəkillərin sayı azalıb.
İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, mütəxəssislər hesab edir ki, bu, sosial şəbəkənin populyarlığını itirməsi ilə bağlı deyil. “Instagram” auditoriyası artır və hazırda yarım milyard nəfərə çatıb.
Gündəlik olaraq 300 milyona yaxım istifadəçi öz akkauntlarına daxil olurlar. Onlar tərəfindən dərc olunan şəkillərin sayının azalmasını isə mütəxəssislər messencerlərin populyarlığının artması ilə izah edirlər.
Adıçəkilən bazarın mütəxəssislərinin fikrincə, məhz “Instagram”da şəkil bölüşmək ehtiyacı indi o qədər də aktual deyil.


