Azərbaycanda 36 min şagird Ana dilindən “2” aldı - BİABIRÇI STATİSTİKA
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistik nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən virtualaz.org-a verilən xəbərə görə, imtahanlarda 104476 nəfər IX, 84589 nəfər XI sinif şagirdi iştirak edib.
Ümumi orta təhsil bazasında (9 illik) imtahan verənlərin Azərbaycan dili fənnindən 20911 nəfəri (20,06%) “2”, 47937 nəfəri (45,98%) “3”, 21715 nəfəri (20,83) "4", 13694 nəfəri (13,13) “5”, Riyaziyyat fənni üzrə isə 26438 nəfəri (25,31%) “2”, 39687 nəfəri (37,99%) “3”, 19411 nəfəri (18,58%) “4”, 18940 nəfəri (18,13) isə “5“ qiymət alıb.
Tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanı verən şagirdlərin isə Azərbaycan dili fənnindən 15486 nəfəri (18,34%) “2”, 16512 nəfəri (19,56) “5”, Riyaziyyat fənnindən 16038 nəfəri (18,96%) “2”, 17026 nəfəri (20,13%) “5”, Xarici dildən 19908 nəfəri (23,72%) “2”, 17011 nəfəri (20,27%) “5”, Kimya fənnindən 186 nəfəri (27,64%) “2”, 42 nəfəri (6,24) “5” alıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.