banner
banner

Gündəm

Erməni analitiklərin həyasız iddiaları - ''Bir rayon da verilə bilməz'', ''Cavaxetiya qalxar''

Erməni analitiklərin həyasız iddiaları -
Dağlıq Qarabağın Azərbaycana geri qaytarılması perspektivi artdıqca qarşı tərəfin fikir adamlarından hikkə, hiddət və həyasızlıq dolu yazılar gəlməkdə davam edir.
 
Bu mənada erməni təhlilçi yazar, özünü liberal-demokrat kəsimin nümayəndəsi hesab edən Naira Ayrumyanın bir erməni saytında  “Qarabağın (qondarma qurumun-red.) xüsusi xidmət orqanları hara baxır” yazısı “nümunəvi” sayıla bilər.
 
Ayrumyanı hiddətləndirən Qarabağda neçə rayonun Azərbaycana qaytaralıcağının müzakirə edilməsidir.
 
Ayrumyan hazırda Qarabağın Azərbaycana qaytarılması üçün ictimai rəy hazırlandığını yazır. Erməni təhlilçi bu cür tədbirləri Qarabağın “ərazi bütövlüyünə” qəsd hesab edir.(?!)
 
Erməni yazar bununla bağlı "Azadlıq" radiosunun Ermənistan bürosuna istinadən xəbər verib ki, mərkəzi qərargahı Brüsseldə yerləşən “Ermənistanın Avropadakı dostları” adlı təşkilatın sifarişi ilə İPSC şirkəti Qarabağın hansı hissəsinin və neçə rayonun Azərbaycana qaytarılması barədə sorğu keçirib.
 
Onu da qeyd edək ki, Naira Ayrumyan "qaytarılması" sözünü yazıda dırnaq içərisində qeyd etməyi unutmayıb. 
 
Ayrumyanı əsəbiləşdirən Ermənistan xüsusi xidmət orqanlarının bu cür məlumatların yayılmasına bəslədiyi biganə münasibətdir. 
 
“Cəmi 2 ay bundan öncə biz bu “rayonlardan” ötrü vuruşmadıqm?. İndi hansısa “Avropa dostları” neçə rayonun qaytarılmasını, neçəsinin isə geri verməyin mümkünsüzlüyünü müzakirə edir”.
 
Bu sözlər az qala hər gün Ermənistanın demokratik inkişafdan geri qaldığını, Qərb, NATO dəyərləri barədə dil-boğaza qoymayan yazarın dilindən çıxır.
 
Ayrumyan bununla bağlı qondarma qurumun artıq öz sərhədlərini dəqiqləşdirməli olduğunu düşünür. Naira Ayrumyan qondarma “DQR”-in Konstitusiyasının 142-ci maddəsinin onun indiki “sərhədlərini” tənzimləmə üzrə danışıqlar prosesinə bağladığını bildirir. 
 
Belə ki, həmin maddəyə əsasən “DQR”-in "suverenliyi" hazırda faktiki nəzarət etdiyi əraziyə şamil edilirmiş.
 
Naira Ayrumyan indi bu maddənin ləğv edilməsinin zamannın gəlib çatdığını düşünür. 
 
Yəni onun fikrincə, qondarma qurum işğal edilən ətraf rayonları da öz “sueverenliyinin” bir hissəsi hesab etməlidir.
 
“DQR” öz hüdudlarını dəqiqləşdiməlidir. Yoxsa ərazi bütövlüyünün hansı hissəsindən vaz keçdiyimizi soruşan avropalı və ya başqa “dostlar”  həmişə tapılacaq” - erməni müəllif yazır.
 
Digər qərbyönümlü, demokrat  sayılan erməni yazar Tevoz Arşakyan isə armenianreport.net saytında qonşu Gürcüstanın ərazisinə “dil uzadıb”. 
 
Arşakyan dünən Gürcüstanın Axalkalaki rayonunun Vaçiani kəndində 37 yaşlı erməni qadınının 3 uşağı ilə birlikdə öldürülməsi hadisəsini gürcü şovinizmi ilə əlaqələndirərək bölgənin Gürcüstanın əlindən alınmalı olduğunu bildirib.
 
Xatırlatmaq istərdik ki, Gürcüstanın hüquq-mühafizə orqanları qətlin üstünü tez bir zamanda açaraq qatilin ölən qadının həmkəndlisi Nodar Akopyan olduğunu müəyyən ediblər. 
 
Lakin erməni yazar heç bir əsas olmadan və hər hansı məlumata əsaslanmadan əsl qatillərin kəndə gələn gürcülər olduğunu iddia edib.
 
Arşakyan ermənilər yaşayan Axalkalaki rayonunda sosil-iqtisadi vəziyyətin azərbaycanlılar yaşayan Marneulli və Bolnisi rayonlarından daha bərbad olduğunu qeyd edib.
 
Erməni yazar aprel ayında qondarma erməni genosidini yad etmək istəyən Axalkalaki sakinlərinə gürcülər tərəfidən hücum edildiyini iddia edərək, gürcülərin türklərin və azərbaycanlıların təhriki ilə erməniləri təxribata çəkdiyini bildirib.
Yazının son hissəsində Arşakyan məsələni “ermənisayaq” şəkildə çözüb:
 
 “Gürcülər unutmasın ki, bizim Gürcüstana təsir imkanlarımız çoxdur. Xatırlatmaq istərdim ki, Gürcüstanın tərkibində “gürcü özbaşınalığı”ndan əziyyət çəkən və ana Ermənistanla birləşməyə can atan erməni (?) Cavakx vilayəti var. Hələ ki, rəsmi İrəvan erməni əhalisinin cəhdlərinə cavab vermir. Lakin Tiflis bundan sonra hadisələri gərginləşdirməyə davam edərsə və Cavaxetiyanın əhalisinin hüquqlarını heçə sayarsa Ermənistan  artıq yetişməkdə olan problemi həll edə bilər.
 
..."Onlar (gürcülər-red.)  Abxaziya və Cəənubi Osetiya kimi həmişəlik itirdikləri əraziləri gözlərinin önünə alıb bunu indidən düşünməlidirlər ki, sonradan dırnaqlarını yeməsinlər...” - Arşakyan bildirib.
Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.