Hamiləlik zamanı USM vasitəsilə uşağın cinsini öyrənmək olarmı?
CİA.az-ın islam.az-a istinadən məlumatına görə, bunun dini cəhətdən maneəsi yoxdur. Amma aşağıdakı hallarda bu iş qadağan sayılır: Əvvəla, haram toxunma və ya haram baxış olmasın. Yəni hamilə qadının müayinəsi bilavasitə kişi həkim tərəfindən apaılmasın.
Lakin kişi həkim toxunmursa və baxmırsa, qadağan deyil. İkincisi, bu müayinə bətndəki körpənin qız olduğu aşkara çıxarsa, onu məhv etmək məqsədi ilə edilməsin.
Əgər həkim bilsə ki, valideynlər körpənin qız olduğunu bildikləri zaman onu məhv etdirəcəklər- bu halda USM müayinəsini aparması icazəli deyil.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.