banner
banner

Gündəm

Eldar Mahmudov hərbi çevriliş hazırlayırdı - ŞOK BƏYANAT

Eldar Mahmudov hərbi çevriliş hazırlayırdı -

MTN işi ilə bağlı xeyli cavabsız suallar qalmaqdadır. MTN-in sahibkarlara divan tutması ilə yanaşı, tanınmış şəxslərə qarşı ifadələr almağa çalışması, yüksək post tutan məmurlardan pul alması faktlarının da ortaya çıxması maraq doğurur.

Məsələn, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) keçmiş sektor müdiri Elşən Mustafayev məhkəməsində deyib ki, MTN-də onu iki gün ərzində tamamilə qapalı şəraitdə saxlayıb zülm verərək, məcbur etmək istəyiblər ki, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərova və QMİ sədri Hacı Allahşükür Paşazadəyə qarşı ifadə versin...

Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dönəmdə bu qurumun şantaj yolu ilə pulunu aldığı daha bir şəxs Vəkillər Kollegiyasının sədri Azər Tağıyevdir. Belə ki, Kollegiya sədrinin yaxın çevrəsinə daxil olan şəxslərdən birinin şəxsi həyatına aid video görüntülər çəkən MTN-in Anti -Terror Mərkəzinin əməkdaşları sonradan onu şantaj edərək, 700 min manat pulunu alıblar. Məlumatda o da bildirilir ki, Azər Tağıyev pulun bir hissəsini Kollegiyanın hesabından çıxarıb.

MTN-in şantaj yolu ilə pul aldığı məmurlar siyahısında Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovun adının olduğu da xatırladılır (Yeri gəlmişkən, virtualaz.org vaxtilə hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən bu barədə yazmışdı-red.)

MTN-in bu cür geniş şaxəli əməliyyat aparmasının səbəbi nə olub? Burada hansı məqsəd güdülüb?

Ekspert Əyyub Kərimov “Azadlıq”a açıqlamasında vurğulayıb ki, bu cür addımlarda, məmurlara, nüfuzlu şəxslərə qarşı ifadə alınmasında məqsəd təsadüfi deyil. Hətta mətbuatda belə bir fikir getdi ki, Çovdarov tez-tez bəyan edirmiş ki, onun naziri baş nazir olacaq: “Belə görünür ki, MTN-in məqsədi təkcə pul yığmaq yox, həm də gələcəkdə hakimiyyəti ələ keçirmək idi. Yığılan şantaj xarakterli materiallar bunu deməyə əsas verir. Rövşən Əkbərov korpus komandiridir. Ona qarşı hansısa məlumatın olması gələcəkdə onun dəstəyini almağa imkan verə bilərdi. Və ya Şeyxə qarşı da məlumatın əldə olunması hakimiyyət dəyişikliyi olacağı təqdirdə onun mövqeyinin necə olacağını müəyyənləşdirməyə hesablanıb. Yəni hissə-hissə Müdafiə Nazirliyindən, dini qurumlardan özlərinə tərəfdar yığmağa çalışırdılar. Sabah tam arxayınçılıqla hakimiyyət çevrilişinə gedə bilərdilər. Eldar Mahmudovun tutduğu postdan azad edilməsiylə bağlı addım atılmasaydı, bir neçə gün, bəlkə də saat ləngimə olsaydı, həmin vaxtda xarici səfərdə olan dövlət başçısının ölkəyə qayıtmağa imkan verməyə bilərdilər”.

Ə.Kərimov onu da vurğulayıb ki, Səhiyyə Nazirliyinin müəyyən qurumu MTN ilə işləyirdi və MTN-in medallarını almışdı. Deməli, səhiyyənin bir hissəsi ələ keçirilmişdi. Bundan başqa, Rabitə və Təhsil Nazirliyi də MTN-in nəzarətində idi. “MTN nazirliklərə qarşı material toplayanda, bu nazirliklər MTN-ə töycü verəndə, sabah Eldar Mahmudov nə deyəcəkdisə, o olacaqdı. Burada dövlət marağı güdülmürdü... Deməli, bu qurum pul yığmaqla yanaşı real dövlət çevrilişinə hazırlaşırdı”, - deyə Ə.Kərimov vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.