banner
banner

Gündəm

Ərdoğan danışdı və xalqı küçələrə səslədi

Ərdoğan danışdı və xalqı küçələrə səslədi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk vasitəsi ilə canlı yayımda çıxış edib. 
 
Canlı yayım imkanları məhdud olduğundan, telefon vasitəsi ilə görüntülü danışan prezident Ərdoğan bəyan edib ki, bu, TSK içindən kiçik bir qrupun təşəbbüsüdür və onlar sərt şəkildə cəzalandırılacaq: "Onlar bunun bədəlini ödəyəcək". 
 
Musavat.com-un məlumatına görə, R.T.Ərdoğan deyib ki, bu xunta paralel yapı adlandırılan qurumun təhriki ilə hərəkətə keçib. 
 
Ərdoğan xalqı meydanlara, hava limanlarına səsləyib və deyib ki, özü də Ankaraya hərəkət edir: "Qoy, bu kiçik xunta xalqın gücünün nə demək olduğunu bilsin". 
 
Lakin Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akarın taleyi ilə bağlı bilgili olmadığını söyləyib. 
 
Görüntülərdən belə məlum olub ki, prezident Ərdoğan hazırda gizli durumdadır və fəaliyyətini bəyan edilməyən məkandan həyata keçirir.
 
O da məlum olur ki, hazırda Türkiyədə hökumətin fəaliyyəti iflic olub və bütün nazirlər gizli fəaliyyətə keçiblər.   
 
 
 
****
 
Daha sonra NTV telekanalı ilə çıxış edən Ərdoğan bütün xalqı şəhərlərin meydanlarına, hava limanlarına çağırıb. Ərdoğan bildirib ki, o, hazırda İstanbuldadır. 
 
Ərdoğan bütün siyasi partiyaları da meydanlara çıxmağa və demokratiyanı müdafiə etməyə çağırıb.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.