banner
banner

Şou

"Dadlı pomidor-yumurta bişirirəm" - Emin

"Dadlı pomidor-yumurta bişirirəm" -

Müğənni-bəstəkar Emin “Moskva 24” kanlının qonağı olub. 

Axşam.az-ın məlumatına görə, ifaçı restoran biznesindən bəhs edib. 

O, işçilərinə qoyduğu şərtləri açıqlayıb:

“Restoranlarıma ailəmlə, övladlarımla adi müştəri kimi gedir, menyudan sifarişlər verirəm. Bir dəfə pizza yeməyə getmişəm. Sifarişim gec gəldi, soruşdum ki, “Nə oldu”. Dedilər, "Sizin üçün fərqli düzəldirik". Adi insanlara gətirilən pizzadan tələb etdim. Həmin gündən restorana elan vurdum ki, "əgər pizza sifarişiniz 7 dəqiqədən gec gəlsə, pul ödəməyəcəksiniz. Onların əvəzinə hesabı işçilərdən alacam". Beləcə, heç kim cibindən pul ödəmək istəmir və sifarişi vaxtında çatdırır. 

İşçilərimə dost kimi davranıram, heç kimə cəza vermir, işdən qovmuram. Mənim üçün bütün bizneslərimdən ən önəmlisi restoran işidir. Hər şey qaydasında olmalıdır”.

Emin dadlı pomidor-yumurta hazırladığını deyib:

"Əsl Bakılılar kimi bişirirəm, üzərinə göyərti də əlavə edirəm. Bir də kabab bişirə bilirəm. Amma yemək hazırlamağı sevmirəm".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.