banner
banner

Gündəm

“İstəsək, o gün 43 min türk əsgərini əsir götürərdik”

“İstəsək, o gün 43 min türk əsgərini əsir götürərdik”
Kipr Respublikasının Demokratik Səfərbərlik Partiyasından (DİSİ) olan sabiq millət vəkili Xristos Rotsas sensassion açıqlama verib.
Axar.az xəbər verir ki, sosial şəbəkələrdə 15 iyul hərbi çevrilişə cəhdə münasibət bildirən sabiq deputat yunanların “böyük fürsəti” əldən verdiyini deyib:
“Türkiyədəki çevriliş gecəsi böyük bir fürsəti qaçırdıq. Əsir Kipr 42 il əli-ayağı bağlı passiv oturmasaydı, dünən gecə bəlkə də Kiprin gecəsi olacaqdı. Fürsət yarandığında istifadə edə bilmək üçün bu 42 ildə hazırlıq görməliydik. Xəstəxanaların nə qədər adam qəbul edə biləcəyi, qurumların hazırlığı yoxlanmalıydı. Həmin gecə qarışıqlıqdan istifadə edərək kiprli yunanlarmı, üsyançılarmı, ayırd edilməyəcək bir vəziyyətdə türk ordusuna hücum edə bilərdik. 43 min türk əsgərini əsir alar, əksəriyyətini Baf Hava Limanına və Vasilikos adasına göndərə bilərdik. Bunun üçün illər boyu hazırlıq görmək lazım idi. Əlimizdə 43 min türk əsgəri olsaydı, Türkiyə cəhd etməyə qalxmayacaq, bizim əsgərlərimiz Girnə sahillərinə çatdıqda onlar məğlub olacaqdı. Türklər iki-üç gün bombardman edər, sonra vaz keçərdi”.
 
Rotsasın bu mesajı sosial şəbəkələrdə böyük narazılığa səbəb olub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.