"Onlar insanları Allahla aldatdılar..." - Necati Şaşmaz
"Kurtlar Vadisi" serialının "Polat Alemdar"ı Necati Şaşmaz Taksim meydanında insanlar qarşısında çıxış edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, 15 iyul - hərbi çevrilişə cəhd gecəsini pisləyən mesajlar səsləndirib:
".. Demokratiyamıza zərbə vurmaq istədilər. Biz dimdik ayaq üstə qaldıq. Bir tankdan digər tankın altına qaçdıq. Bunun qarşısını alan xalqıma təşəkkür edirəm. Millətimiz bu demokratiya savaşında qarşısında durdu və onu əzdi...
Onlar insansevər göründülər. Bir çox insanı Allahla aldatdılar. Amma biz bu gün əsl simalarını gördük. 14-üncü ilinə girəcək "Kurtlar Vadisi". İllərdir bu həqiqəti başa salmağa çalışırıq. Serialda "bunlar təxəyyül məhsuludur" yazdım, amma bu gün görürük ki, bunlar bir həqiqət imiş. Biz başa salmağa davam edəcəyik. Biz bütövük. Hər məhəllədə, hər küçədə nəfəs aldığımız havada azadlığımızı həss edirik".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.