Səhiyyə Nazirliyi ASAN vasitəsilə təbliğata başlayır
Səhiyyə Nazirliyi “məişət zorakılığına son”, tütünün zərəri, qan donorluğu, sağlamlığın qorunması və digər bu kimi sahələrdə təbliğata başlayıb. Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan sosial çarxlar “ASAN Xidmət” mərkəzlərində nümayiş etdiriləcək.
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, “ASAN Xidmət” mərkəzlərində sağlam qidalanma, uşaqların icbari dispanserizasiyası, fiziki aktivlik və sağlam həyat tərzi ilə bağlı hazırlanmış video materiallar da göstəriləcək.
Qeyd edək ki, maarifləndirmə tədbirləri “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı”nda nəzərdə tutulub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.