banner
banner

Sosİal

Nazir aztəminatlı ailələrə ümid və vəd verdi

Nazir aztəminatlı ailələrə ümid və vəd verdi

Bu ilin ilk yarısında qeyri-neft sənayesində 2,4 faiz, kənd təsərrüfatında 3,1 faiz artım qeydə alınıb. Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub, əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz çoxalıb.

Virtualaz.org saytı xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi məsələlərinə dair bu gün keçirilən ümumrespublika müşavirəsində nazir Səlim Müslümov bildirib.

S. Müslümov deyib ki, son 12 ildə 1,5 milyondan çox yeni iş yeri açılıb. “Cari ildə də bu istiqamətdə mühüm addımlar atılır. İlin birinci yarısında 78 mini daimi olan 90 minə yaxın iş yeri açılıb. Sosial mənzillərin inşasına başlanması, rayonlarda sənaye zonalarının yaradılması üçün aparılan işlər, müxtəlif bölgələrdə toxuculuqla, xalçaçılıqla məşğul olanlara dövlət dəstəyi nəticəsində təkcə bu sahə üzrə 5 min iş yerinin yaradılması ümumilikdə ölkənin əmək bazarında ciddi irəliləyişlərə səbəb olacaq”,-deyə nazir əlavə edib.

 

 

S.Müslümov bu ilin 6 ayında təqdim edilmiş vakansiyalar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 44524 nəfər şəxsin münasib işlə təmin edildiyini, 550 nəfərin ödənişli ictimai işlərə cəlb olunduğunu, Əmək Birjaları vasitəsilə 1135 nəfərin müvəqqəti işlərə göndərildiyini bildirib: “Həmçinin 8 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında keçirilən 259 müəssisə tərəfindən 1452 boş (vakant) iş yerləri təqdim olunub, bu tədbirlərdə 2115 nəfər məzun və tələbənin şəxsi məlumatları qəbul olunub, 177 nəfərə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 95 nəfər peşə hazırlığı kurslarına cəlb olunması üçün qeydiyyata alınıb.

Əmək bazarına çıxan gənclərin mövcud əmək bazarında formalaşan tələb və təklif barədə məlumatlandırılması da diqqətdə saxlanılır. Belə ki, ölkənin aparıcı ali təhsil müəssisələrində quraşdırılmış 129 elektron informasiya köşkü, habelə müvafiq internet saytı vasitəsilə gənclərə məşğulluq orqanlarına təqdim olunmuş vakansiyalara dair daim yenilənən məlumatları öyrənmək imkanları yaradılıb”.

S.Müslümov cari ilin yanvar-may aylarında əhalinin sayının ilin əvvəlindən 41,8 min nəfər və ya 0,4 faiz artaraq iyun ayının 1-i vəziyyətinə 9747,4 min nəfərə çatdığını qeyd edib. “Artıq yaxın vaxtlarda aztəminatlı ailələrdən olan 1400 ailənin kiçik ailə təsərrüfatları yaradılacaq. Onların şəxsi biznesinin qurulması üçün layihə həyata keçiriləcək”,- deyə S.Müslümov söyləyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.