Yayda özünə toy edənlər sırasına Sertan Erkaçan və Melis Bayatlı da daxil olacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Rəngarəng” serialında Ege rolunu canlandıran Sertan Akaçan və sevgilisi Melis Bayatlının toyu iyulun 30-da olacaq.
Mərasim dəniz sahilində baş tutacaq. Cütlük toy dəvətnamələrinin fotolarını sosial mediada paylaşıblar.
Qeyd edək ki, Sertan Erkaçan “Kaçak gelinler” (2014) və “Acil aşk aranıyor” (2015) seriallarında da rol alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.