banner
banner

Sosİal

Azərbaycanda nə qədər sosial müavinət alan var? RƏSMİ AÇIQLAMA

Azərbaycanda nə qədər sosial müavinət alan var?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinət alanalrın sayını açıqlayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayevvirtualaz.org saytına bildirib ki, hazırda 364 min nəfər aylıq sosial müavinətlə təmin olunur. Onlardan 40,1 faizi əlilliyə, 4,1 faizi yaşa, 11,6 faizi ailə başçısını itirməyə görə aylıq sosial müavinət alır. Həmçinin aylıq sosial müavinət alanlardan 19,2 faizi sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 13,4 faizi müharibə veteranlarıdır. Beşdən çox uşağı olan qadınların, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarının, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqların hər birinə görə də aylıq sosial müavinət ödənilir.

Müvafiq kateqoriyalardan olan digər şəxslər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinətlə təmin edilirlər.

Bununla yanaşı, uşağın doğulmasına görə ailələrə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid insanlara birdəfəlik müavinətlər verilir. Cari ildə nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı 60660 nəfər təşkil edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.