banner
banner

Gündəm

Müxalifət erməniləri küçələrə çağırır “SARKİSYAN GETMƏLİDİR!”

Müxalifət erməniləri küçələrə çağırır

Yerevanda post-patrul xidməti alayının binasının silahlı şəxslər tərəfindən ələ keçirilməsindən sonra Ermənistanın "İrs" müxalifət partiyası ölkədə hakimiyyət dəyişikliyi tələbi ilə çıxış edib.

"Biz bu ilin dekabr ayında növbədənkənar prezident və parlament seçkiləri hazırlayıb keçirəcək müvəqqəti hökumət yaratmağı tələb edirik. Vətəndaşlarımızı küçələrə çıxıb qanunsuz hakimiyyətə qarşı mitinqlərdə iştirak etməyə çağırırıq", - partiyanın bəyanatında deyilir.

"Report" bildirir ki, müxalifət, həmçinin beynəlxalq ictimaiyyəti hakimiyyət tərəfindən insan hüquqlarının kütləvi pozulması hallarına reaksiya verməyə çağırıb.

Qeyd edək ki, növbəti etiraz aksiyası bu gün Yerevandakı Azadlıq meydanında yerli vaxtla saat 20:00-a planlaşdırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.