banner
banner

Sosİal

Azərbaycan astroloqları NASA-ya lağ etdilər-səbəb

Azərbaycan astroloqları NASA-ya lağ etdilər-səbəb
NASA növbəti dəfə reallıqdan uzaq olan bir iddia ortaya atıb. 1994-cü ildə “Hubble” kosmik teleskopunun çəkdiyi kosmosda açıq-aşkar üzən süni, nəhəng obyekti NASA-nın əməkdaşları “Allahın iqamətgahı” adlandırıb. Obyekti izləyən alimlər müəyyən ediblər ki, o, qalaktika ilə birlikdə Yerin ətrafında hərəkət edir. Bu, böyük partlayış nəzəriyyəsinə tamamilə uyğun gəlir. 

Partlayış nəzəriyyəsinə əsasən vaxtilə kainatda partlayış olub və həmin vaxtdan qalaktika müxtəlif istiqamətlərə uçub.  Məsələ ilə bağlı Alber Qor və keçmiş prezident Bill Klinton müzakirə aparıb qərara gəliblər ki, bəşəriyyətin fikrini bu məlumatlarla qarışdırmaq lazım deyil. Onlar “Allahın iqamətgahı” ilə bağlı bütün məlumatların dərc olunmasına qadağa qoyub.

ABŞ rəhbərliyi bu hadisəni gizli saxlamaq qərarı qəbul etsə də,  məlumatlar üzə çıxıb. 
Maraqlıdır ki, NASA Amerikanın ən böyük və nüfuzlu kosmik agentliyidir. Onun kosmosdan çəkdiyi şəkillər yetərlidir ki, bu təşkilat dünyada öz nüfuzunu qoruyub saxlasın. Ancaq son illərdə NASA-nın yaydığı məlumatların qeyri ciddiliyi və inandırıcı olmaması insanlarda NASA-da çalışan alimlərin savad və bacarığına şübhə yaradır.
 
 
Astroloq Firudin Qurbansoy NASA-nın yaydığı məlumatlara baxanda orada oturanların alim olub-olmamasının insanda şübhə yaratdığını dedi: “NASA çox ciddi bir elmi təşkilatdır. Eyni zamanda onun siyasi, iqtisadi funksiyaları var. Bir sözlə, bu təşkilat hər zaman sayılıb-seçilən, diqqət mərkəzində olan bir qurum olub. Onun adından bu cür mənasız, elmdən kənar məlumatlar mətbuata hərdən sızır. Əslində onlar bu məlumatlara etiraz etməlidirlər. Etiraz etmirlərsə, deməli, bu məqsədyönlüdür. Amma bu məqsədin arxasında nə gizlənir - onu illər göstərəcək. Bir vaxtlar da yazırdılar ki, böyük sürətlə turşu seli axıb gəlir və bütün qalaktikanı yeyir. Ayıbdı, məktəbli də bilir ki, turşu olması üçün maye olmalıdır. Maye kosmosda nə gəzir? Yəni NASA-nın adından elə şeylər yazırlar ki, bunlar normal məntiqə uyğun deyil. Bu cür məlumatları oxuyandan sonra insan NASA-da alim olmadığını düşünür. Bizim məktəblilər onlardan çox bilir. Düzdür, Allahın kürsüsü var. Quranda Fəqərə surəsində xüsusi ayə var ki, Allahın səmada kürsüsü var. Amma Allahın evi məsələsi ilə bağlı məlumat isə vallah ayıbdır”.
 
 
Digər astroloq Səbuhi Rəhimli isə “Allahın iqamətgahı” haqqında deyilən sonuncu cəfəngiyyatın gülməli olduğu qədər də ağlamalı olduğunu dedi: “Məsələyə bir az böyük aspektdən yanaşmaq istərdim. Bütün deyilənlər bu günün işi deyil. Zaman-zaman dünyanın siyasət dəllalları insanları xof və qorxuda saxlamaq üçün belə addımlar atıblar. Nostradamus, Vanqa, Edqar Keys, Parasels, Rano Nero kimi öncəgörənlərin adından istifadə edib yalançı proqnozlar veriblər. Bunun əsas qayəsi insanlar üzərində təsir imkanlarını artırmaq olub. Halbuki bir araşdırıcı kimi o öncə görənlərin heç birində deyilənlər barədə fikir görməmişəm. Amma insanlar maarifləndikcə bu yalanlara inamını azaltdığı üçün daha müasir metodlardan yararlanırlar - məsələn, NASA kimi. Belə hallar adətən böyük məxfi planların həyata keçdiyi zamanlarda, kosmosun hərbiləşdirilməsinin vüsət tapdığı zamanlarda baş verir. 21 dekabr ”dünyanın sonu" hadisələri yadımızdadır. Hətta bu cəfəng ideyanın beyinlərə sirayət etməsi üçün 1 milyardlıq film də çəkmişdilər. Bu barədə çoxlu sayda kitablar yazılmışdı. Qəribəsi də odur ki, həmin dönəmlərdə dünyanın din xadimləri də, astrofiziklər də susdu. Bu da təbii olaraq sadə insanların şübhəsini daha da artırdı. 2011-ci ilin sonunda “2012 - Dünyanın sonumu?” adlı kitab yazmışdım. Qəribəsi odur ki, 2 manatlıq o kitabı alıb oxumaqdansa, ciddi məbləğdə pul xərcləyib şam, konserv, qara şüşələr alanlar oldu. Halbuki o kitabda hər şey qeyd olunmuşdu, dünyanın sonunun hələ gəlmədiyi elmi və dini baxımdan izah edilirdi. Gülməli də olsa, dünya banklarından kredit alma əmsalında yaranmış kəsirlər də məhz “dünyanın sonu” şayiəsi ilə tamamilə aradan qaldırılmışdı. Nəticədə nə oldu? Heç bir dağıntı, tələfat və ya qaranlıq olmadı.
 
Ötən ilin noyabrında da NASA bəyan etdi ki, guya noyabrda 8 gün qaranlıq olacaq. Üstəlik, inandırmaq üçün bunu tanınmış alimlərin açıqlaması kimi ortalığa atırlar. Astronomiyadan azacıq anlayışı olan da bilir ki, ən böyük planet belə Yerin ən yaxınlığından keçsə, 8-12 saat əlavə qaranlıq hökm sürər. Belə hadisə isə min illərdir ki, baş verməyib. “Allahın iqamətgahı” haqqında deyilən sonuncu cəfəngiyyat isə gülməli olduğu qədər də ağlamalıdır. Bütün dinlərdə Allahın maddi olmadığı, hətta əksər mələklərin Onu görə bilmədiyi bildirilir. Allahın dərgahı, sifəti, ölçüsü haqqında isə heç bir yaradılan bilə bilməz. Müqəddəs Kitabımızda Allahın məkansız, zamansız olduğu bildirilir. Belə olan təqdirdə Onu görmək, hətta şəklini çəkmək absurddur. Bütün var olanları yaradan, kainatın nizamını quran, minlərlə aləmi səhvsiz əmələ gətirən bir Qüvvənin balaca bir qalaktikanın bir küncündə toz dənəsi boyda bir kosmik gəmi vasitəsilə görünməsi heç cizgi filmlərində də inandırıcı alınmaz".
 
S.Rəhimli bütün bunların xaos yaranmasına xidmət etdiyini dedi: “Dinlərdən bildiyimiz kimi, Allah bəzi peyğəmbərlərə alov vasitəsilə, səslə, işıqla hiss etdirilib. Lakin cismani formada heç bir peyğəmbər Onu görə bilməyib. Həzrət Peyğəmbərimizdən bir hədisdə deyilir ki, günahsız insanlar, əməli-salehlər Cənnətdə Allahın camalını görə biləcəklər. Amma nə bura, nə kosmik fəza Cənnət, şəkli çəkənlər isə əməli-salehlər deyil. Düşünürəm ki, bütün bunlar həm də materialist dünyagörüşünün güclənməsinə, insanların cahilləşməsinə, dini təməllərə şübhələri artırmağa, sonda böyük XAOS-un yaranmasına xidmət edir”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.