“Gününün çox hissəsini yüngül əxlaqlı qadınlarla kef məclislərində keçirən bir şəxsin bizim ərazi nümayəndəsi olmasına qəti etiraz edirik”.
Bu sözlər PİA.AZ-ın elektron poçtuna Masallı rayon Xıl kənd sakinlərinin göndərdikləri şikayət məktubda yazılıb. Kənd sakinləri Masallı Rayon İcra başçısının Xıl kənd ərazi nümayəndiliyinə yeni təyin ediləcək Tofiq Səfərovu istəmədiklərini bildiriblər.
Şikayət məktubunda yazılır: “Biz, Xıl kənd sakinləri, Səfərov Tofiq Gülağa oğlunun Xıl kənd ərazi nömayəndəsi olmasını istəmirik. Belə bir fırıldaqçı, gününün çox hissəsini yüngül əxlaqlı qadınlarla kef məclislərində keçirən bir şəxsin bizim ərazi nümayəndəsi olmasına qəti etiraz edirik. Tofiq Səfərov vaxtı ilə bizim ərazi nümayəndəsi işləyib. İşində buraxdığı nöqsanlara görə sabiq icra başçısı Qəzənfər Ağayev tərəfindən işdən qovulma əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.
T.Səfərov hazır ki, icra başçısı Rafil Hüseynovla “dil taparaq” yenidən Xıl kənd ərazi nümayəndəsi olmaq istəyir.”
Kənd sakinlərinin həmçinin PİA.AZ-a göndərdikləri digər məlumatda qeyd olunur ki, T.Səfərov oğlu Elnur Səfərovu Masallı RPŞ-də işə düzəltmək üçün DİN-nə yalandan məlumat verdiyi bildirilir.
Belə ki, Elnur Səfərov DİN-ə verdiyi məlumatda qardaşı Seymur Səfərovu Ukraynanın Donetsk vilayətində Tibb Universitetinin tələbəsi olduğunu bildirib.
Əslində isə Seymur Səfərov Azərbaycanda hərbi xidmətdən fərari kimi qaçmış, Ukraynanın Donetsk vilayətində məskunlaşmışdır. Donetsk Tibb Universitetinin rektorundan aldığımız möhürlü sənəddə isə bildirilir ki, Seymur Səfərov heç vaxt bu Universitetin tələbəsi olmayıb.
Yazıda adları çəkilən digər şəxslərində mövqeyin dərc etməyə hazırıq..
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.