banner
banner

Gündəm

Telman İsmayılov müflis olması barədə Ali Məhkəməyə müraciət edib

Telman İsmayılov müflis olması barədə Ali Məhkəməyə müraciət edib

Çerkizovo bazarının keçmiş sahibi, AST qrupunun təsisçisi, biznesmen Telman İsmayılov müflisləşməsi haqda Rusiya Federasiyasının Ali Məhkəməsinə ərizə ilə müraciət edib. Şikayətçinin apellyasiya məhkəməsinə müraciəti barədə iş materiallarında göstərilməyib.

Virtualaz.org saytı xatırladır ki, Moskva Arbitraj Məhkəməsi 2015-ci ilin dekabr ayında vətəndaş Boris Zubkovun tələbi ilə T.İsmayılovun müflis elan olunması barədə hökm çıxarmışdı.

Moskva vilayətinin Arbitraj Məhkəməsi Boris Zubkovun ərizəsi əsasında İsmayılovu müflis elan etmiş və onun əmlakının satışı proseduruna başlamışdı. Lakin 2016-cı ilin mart ayında Doqquzuncu Arbitraj Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etmişdi. Məhkəmə Zubkovun İsmayılova 15 milyon rubl pul verməsi iddiasını sübuta yetirilməmiş hesab etmiş və müvafiq olaraq, müflis elan olunma tələbinə gətirib çıxaran borclanma hadisəsinin baş vermədiyi qərarına gəlmişdi.

25 fevral tarixinə qədər İsmayılov barəsində 10 kreditordan tələb daxil olub. Bunlardan doqquzu hüquqi, biri isə fiziki şəxsdir.

VTB qrupuna daxil olan "Moskva Bank" Telman İsmayılova 286,4 milyon dollar və 3,4 milyard rubl tələb irəli sürüb. Bundan əlavə, bir sıra Kipr şirkəti 120 milyard rublluq iddia ilə çıxış edib.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.