Aktrisa Neslihan Atagül saç şampunu markalarından birinin siması olub. Markanın təqdim etdiyi "Altın Kelebek" mükafatlarına hazırlaşan Neslihan saç baxımı haqda danışıb. Aktrisa bu yaxınlarda ailə qurduğu Kadir Doğulu ilə evliliyi barədə suala isə belə cavab verib: "Hər şey yolundadır. İkimiz də işimizə başladıq artıq. Mənim serialımın çəkilişləri hələ başlamayıb, amma reklam işləri var, onun həyəcanını yaşayıram. Bal ayımız işimizə görə qısa davam etdi. Fürsət tapsaq, yenidən harasa qaçacağıq".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.