Məşhur müğənni Cennifer Lopez “Narkotik kraliçası” ləqəbi ilə tanınan kolumbiyalı Griselda Blankonun həyatından bəhs edəcək “HBO” adlı filmdə rol alacaq.
Ötən əsrin 70-80-ci illərdə məşhur olmuş Blanko 2012-ci ildə öldürülmüşdü.
Cey Lo açıqlamasında bildirib ki, hər zaman Blankonun həyatı onun diqqətini cəlb edib. O, buna görə də filmdə onun obrazını canlandıracağı üçün sevincli olduğunu deyib.
Qeyd edək ki, Cennifer sonuncu dəfə “Qonşu uşaq” filmində “Klari Peterson” obrazını canlandırıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.