banner
banner

Sosİal

Nərgiz Paşayeva "İlin rektoru" seçildi

Nərgiz Paşayeva "İlin rektoru" seçildi

Moskva Dövlət Universitetinin Bakı Filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim il münasibətilə tədbir keçirilib.

CİA.az saytı buro247.az-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının həyata keçirdiyi beynəlxalq sorğunun nəticələrinə müvafiq olaraq Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya "İlin rektoru" mükafatı təqdim edilib.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasovun sözlərinə görə, Assosiasiya hər ilin sonunda bir neçə strateji istiqamətlər üzrə respublika və beynəlxalq tipli sorğular təşkil edir: "Növbəti sorğumuz "İlin rektoru"nun müəyyənləşdirilməsi ilə bağlı aparıldı. Azərbaycan, Rusiya, Ukrayna, Çexiya və Polşada yaşayan gənc soydaşlarımızın qatıldığı sorğuya 1 noyabr 2014-cü ildə start verdik. Sorğuya ölkəmizdə fəaliyyət göstərən 20 müxtəlif nüfuzlu Universitetlərin adları daxil edilmişdir. Təxminən 2 aya yaxın davam edən sorğuda bütövlükdə 4347 nəfər iştirak edib. Onlardan 3558 nəfər, yəni 82 %-i Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz xanım Paşayevanı "İlin rektoru" mükafatına layiq gördülər".

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva isə çıxışında ASGA İdarə heyətinə öz təşəkkürü bildirib: "Bu bütövlükdə Universitetimizin müəllim və tələbə heyətinin uğurudur. Bu mənada mən sorğuda əziyyəti keçən hər kəsə təşəkkür edirəm".

Tədbirin gedişatında Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya "İlin rektoru" mükafatı təqdim edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.