banner
banner

Gündəm

Ceyhun Cəfərovun evində işləyən fəhlələrdən Prezident Adminstrasiyasına- RƏSMİ ŞİKAYƏT

Ceyhun Cəfərovun evində işləyən fəhlələrdən Prezident Adminstrasiyasına-

“Ceyhun Cəfərov bağ evində bizi işlədib, pulumuzu vermir. Bir ildir sürünürük” Bu sözləri Bərdə rayon sakini Amil Nəsirov Cia.az-a yazdığı şikayətində deyib.

Onun sözlərinə görə, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Amil Nəsirov və bir qrup fəhləni özünə aid olan, Mərdəkanda yerləşən bağında işlədib, əvəzində həmin şəxslərin haqqını verməyib: “Bir il əvvəl mən və digər yoldaşlar təmir-tikinti üçün Ceyhun Cəfərovun Mərdəkanda yerləşən bağ evində işə başladıq. Burada işlədiyimiz müddət ərzində bizə deyildi ki, işinizi bitirin, pulunuzu axırda alacaqsınız. Hər gün səhər saat 7-dən axşama qədər burada işlədik. İşimizi də qüsursuz yerinə yetirib, təhvil verdik. Dedilər haqqınızı 2 gün sonra gəlib götürərsiniz. 2 gün oldu 2 həftə, 2 həftə oldu 10 ay, 10 ay oldu 1 il, hələ də bir qəpik belə ala bilməmişik”.

Amil Nəsirov bildirir ki, əməkhaqlarını almaq üçün dəfələrlə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərova müraciət ediblər, lakin müxtəlif və qeyri-ciddi cavablar alıblar: “ Ceyhun Cəfərovdan pulumuzu tələb etdik. Çünki biz aylarla, əzab əziyyətlə, o dəbdəbəli, saray kimi evdə yaşasın deyə zülümlə işləmişik. Bir icra başçısının bu qədər cılız hərəkəti heç birimizin ağlına gəlməzdi. Deyir gedin pulunuzu Tofiqə vermişəm, ondan alın. Adama deyərlər ay başçı, biz Tofiq üzü görmüşük ki, Tofiq axtarmağa göndərirsən bizi? Bizim danışığımız sizin yaxınlarınızla olub. Məsuliyyəti üzərinizə siz götürmüsünüz. Pulu da siz ödəməlisiniz. Biz sonra yenə pulumuzu tələb edəndə dedi ki, sizin pulunuzu Tofiq götürüb xaricə qaçıb. Bu qədər biabırçılıq görməmişdik. Üç-beş fəhlənin haqqını verə bilməyən bir şəxs o boyda rayonu və onlarla əhaliyə başçılıq edir. Biz ondan nə borc istəmirik, nə dilənmirik, nə xərac tələb etmirik. Gəlib qapısında, evində əzab-əziyyətlə işlədiyimiz, alın təri ilə qazandığımız pulumuzu istəyirik”.

Nəsirov deyir ki, başçısının özünə edilən şikayətlər heç bir nəticə vermədiyi üçün Prezident Adminstrasiyasına şikayət ediblər: “ Ceyhun Cəfərovda haqqımızın qalmağına imkan verməyəcəyik. Məsələ ilə bağlı prezidentimizə-İlham Əliyevə müraciət etmişik. Qoy hər kəs Ceyhun Cəfərovun həqiqi sifətini görsün. Bizə belə edən gör öz rayonundakılara nə divan tutur”.

Edilən şikayətlə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla əlaqə saxladıq. C.Cəfərov bildirdi ki, ona şərt atırlar. Bu məsələ tamamilə cəfəngiyyatdır.

Lakin kiçik bir araşdırma zamanı məlum oldu ki, Cəfərovun bu cür özbaşınalığı heç də ilk dəfə baş vermir.

Kürdəmir ən çox şikayət edilən rayonlar sırasındadır. Cəfərov hər dəfə bu cür harın hərəkətlərə yol verməsinə, məsələnin mətbuatda işıqlandırılmasına baxmaraq, ona gözün üstündə qaşın var deyən olmayıb: “Rayon üçün dövlət səviyyəsində pullar ayrılır və mənimsənilir. Pullar yuxarı səviyyədə mənimsənilir, icra başçılarına da böyük bir pay çatır. Sonradan o icra başçılarının yerləri dəyişilir ki, yeyinti ört-basdır edilsin. Bir müddət əvvəl Kürdəmirə sosial rihafın yaxşılaşdırılması, sosial sahənin inkişafına, rayonun abadlaşdırılmasına 2 milyon manat pul ayrılmışdı. Ancaq heç bir iş görülmədi. Əvvəlki icra başçısı İrşad Əliyev, Fəxrəddin Məlikov rayonundakı dükanların, mağazaların hamısından pul yığırdı, küçələri, divarları dükan sahiblərinə düzəltdilirdi, ad olurdu ki, icra hakimi edib. Rayonda korrupsioner bir sistem yaradıblar”.

İcra başçısı Ceyhun Cəfərov yolların, küçələrin təmizlənməsi üçün təhkim edilmiş işçilərin maaşlarını kəsir. Bu səbəbdən fəhlələrin əksəriyyəti işləməkdən imtina edir. Başçı isə rayonda və kəndlərində dövlət idarələrində işləyən xadimələrə zorla rayonun küçələrini süpürtdürür. “Onları işdən ayırıb, gətirirlər və bütün günü yolları təmizlədirlər. Etiraz edənləri işdən çıxarmaqla hədələyirlər. camaat cüzi əmək haqqına öhdələrinə düşməyən işləri də görməyə məcbur edilir”. Buradan bir daha təsdiq olunur ki, Ceyhin Cəfərovun insanların əməyini istismar etməsi heç də yeni hadisə deyil. O dəfələrlə insanların çörəyinə bais olub.

Qeyd edək ki, Kürdəmir rayonundan Azərbaycan Respublikası Prezident Adminstarasiyasına olunan şikayətlər son əlli ildə olunan şikayətlərə bərabərdir. Yaranan narazılığın fonunda gözlənilir ki, bu yaxınlarda Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov tutduğu vəzifəsindən azad edilsin , onun rayonda formalaşdırdığı “çete” təmizlənsin, onların fəaliyyəti yoxlanılsın , işlərində maliyyə pozuntusuna yol verən şəxslər məsuliyyətə cəlb edilsin.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.