banner
banner

Şou

“Kösem Sultan” üçün 27 milyonluq təklif

“Kösem Sultan” üçün 27 milyonluq təklif

“Muhteşem Yüzyıl” serialının davamı olaraq çəkilən “Kösem Sultan” serialı nəzədə tutulduğu qədər reytinq qazana bilməmişdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu nəzərə alan “Star TV” rəhbərliyi, serialı çəkən “Tims” şirkəti ilə 30-cu seriyada əməkdaşlığı dayandırmışdı.

Yeni mövsümdə serialın hansı kanalda yayımlanacağının maraqla gözlənildiyi vaxtda “Fox TV” maraqlı addım atıb. Kanal rəhbərliyi serialın prodüseri Timur Savcıya hər seriya üçün 1,3 milyon lirə (təxminən 702 min manat) təklif edib.

Məlumata görə, “Muhteşem Yüzyıl Kösem Sultan”ın “Fox”da 39 seriya yayımlanması nəzərdə tutulub. Bu isə kanalın serial üçün 27 milyon 378 min manat xərcləyəcəyi deməkdir.

Yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.