Ötən həftə Yunan adalarında yaxta ilə tətil etdikdən sonra Türkiyəyə qayıdan Burak Özçivit və Fahriye Evcen cütlüyü İstanbul boğazı kənarında paparazzilərin kameralarına tuş gəliblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burak sevgilisi ilə birlikdə ilk dəfə motosiklet sürərkən görüntülənib.
Aktyorun motosikleti tək əllə idarə etməyi diqqətləri cəlb edib.
Burakın yolda hərəkət edərkən bütün yol hərəkət qaydalarına riayət etməsi digər sürücülər tərəfindən də müsbət qarşılanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.