“Falçılığa qarşı, falçılıq adı ilə insanların aldadılmasına qarşı mübarizə vacibdir, zəruridir. Bununla əlaqədar həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində müvafiq maddələr var”. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O qeyd edib ki, falçılıq xurafatın bir elementidir: “Bizim Komitənin bu məsələdə müəyyən səlahiyyətləri var. Biz bu səlahiyyətlərdən istifadə edərək Daxili İşlər Nazirliyinin yerli qurumları ilə birgə ayrı-ayrı bölgələrdə, rayonlarda, şəhərlərdə falçılıqla məşğul olan şəxsləri aşkara çıxarıb onlarla profilaktik söhbət aparırıq. Falçılıqla məşğul olan şəxslərə xəbərdarlıq edilir ki, onların fəaliyyəti qeyri-qanunidir və bu cür əməllərə yol vermək olmaz. Bir məsələni qeyd edim ki, ekstrasenslik var. Bizim Tofiq Dadaşov kimi məşhur ekstrasensimiz olub. Dünyada bu qəbul olunub. Amma ekstrasens falçı deyil. Ekstrasensliklə falçılğı eyniləşdirmək lazım deyil. Falçılar primitiv şəkildə insanları aldadıb onların vəsaitini mənimsəyir. Bütün dünyəvi dinlərin hamısı bu cür hərəkətləri qətiyyətlə pisləyir. İslam dini də falçılğı və digər bu kimi hərəkətləri pisləyir. İnsanların bu və ya digər inancından sui-istifadə edərək dələduzluq etmək, onların əmlakını mənimsəmək yolverilməzdir. Buna qarşı mübarizə aparılmalıdır”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.