“Qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qətli son günlər media və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Hər kəs ondan danışır, onun öldürülməsinə təəssüflənir, eyni zamanda günlər ötdükcə Canıyev barəsində yeni-yeni fikirlər meydana çıxmaqdadır
Amma bununla belə, “Lənkəranski”nin ölümünün bu qədər gündəmə gətirilməsini qınayanlar da var. Onunla bağlı çoxsaylı müzakirələrdən biri də deputat qohumu, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının dəfn mərasimində iştirakıdır. Deputat ciddi tənqidlərə tuş gəlir.
“Yeni Müsavat”a açıqlamasında F.Ağamalı “Lənkəranski”nin dəfnində iştirakına görə barəsində səslənən fikirlərlə bağlı bunları deyib: “Rövşən haqq dünyasına qovuşub. Biz insanıq, bu dünyaya gəldiyimiz kimi, bir gün də bu dünyadan köçəcəyik. Bizi yaradan Tanrı hər kəsə bir tale yazıb. Biz o taleni yaşayırıq, son günümüzü Allahın dərgahı ilə keçirib, bu dünyanı tərk edirik. Rövşənin taleyi belə gətirdi. Təbii ki, təəssüf doğuracaq tale oldu. Çünki o, bu sahəyə getməsəydi, əmin idim ki, başqa sahədə özünə yaxşı yer tutacaqdır. Çünki yetərincə ağıl sahibi idi. Kimin nə deməyindən asılı olmayaraq, mən insanlıq borcumu yerinə yetirdim, həmin dəfn mərasimində iştirak etdim. Qardaşımın qızı o ocağın gəlinidir. Rövşən rəhmətlik qardaşım qızının qaynıdır. Bu və ya digər şəkildə bununla bağlı məni qınayanlara bir sözüm yoxdur. Hər kəsin məsələyə müxtəlif baxışı var. Nə deməyimdən asılı olmayaraq, bu baxış dəyişən deyil. Bir daha deyirəm ki, sözün həqiqi mənasında Rövşənə rəhmət düşür. Çünki o, zamanında xaricdə yaşayan çoxsaylı soydaşımıza kriminal aləm içərisində öz köməkliyini edib”.
Partiya sədri xalqın “qanuni oğru”ya öz layiqli qiymətini verdiyi qənaətindədir: “Dəfndə göründü ki, Lənkəranda ona rəğbət yüksəkdir. Amma bu, əhalinin kriminal aləmə rəğbəti kimi başa düşülməli deyil. Bu, sadəcə, Rövşənin nəslinə, nəcabətinə və özünə olan münasibətin ifadəsi idi. O, Lənkəran camaatının xüsusi rəğbəti ilə o dünyaya yola salındı. İstəməzdim ki, Rövşən bu yola getmiş olsun. Çünki mən başqa dəyərlərin və başqa bir dünyagörüşünün daşıyıcısıyam. Amma alın yazısı deyilən bir şey var. Buna çox inanıram. Bu da Rövşənin taleyi idi. Atasının intiqamını aldı. Təbii ki, atasının intiqamını alandan sonra o bu yolla vidalaşa bilər, bu yola getməyə bilərdi. Amma o bu yola getdi, özünün seçimi idi. Bu seçimlə bağlı ona deyilən xoşməramlı fikirlərin heç birini qəbul etmədi. Sadəcə olaraq, həmişə təəssüflənmişəm ki, o bu yoldadır”.
Deputat “Lənkəranski”nin öz aləmində böyük nüfuz sahibi olduğunu da qeyd etdi: “Yayılan məlumatlardan, deyilən sözlərdən onu demək mümkündür ki, Rövşən öz aləmində söz sahibi idi. İradəsinin qabağında heç bir iradə yox idi. Əslində qalsa, bir insan kimi o, rahat həyat yaşamadı. Amma mənsub olduğu çərçivədə, yəni kriminal aləmdə Rövşən ömrünü şərəflə başa vurdu, azərbaycanlı adına ləkə gətirmədi”.
Müsahibimiz “Palmalı” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı biznesmen Mübariz Mənsimovun Lənkəranski öləndən sonra gördüyü işlərə də toxunub: “Əlbəttə, eloğlu kimi öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Bu, Rövşəni tanıyan bir şəxs kimi onun insanlıq borcu idi. Mübariz Mənsimov ünvanına deyilən sözlərə layiq insandır. Qeyd edək ki, dünyada cinayətlər və cinayətkarlar olduğuna görə, bu sahədə söz sahibinin olması realdır. Dünya, cəmiyyətlər birqütblü deyil. Rövşənə qədər bu aləmdə azərbaycanlılar olub, yəqin ki, bundan sonra da olacaq. Amma Rövşən təkrar olunmayacaq. Rövşən gəldi və getdi. Azərbaycanlının o aləmdə olmasını istəməzdim. Heç bir azərbaycanlının həbsə düşməsini istəmirəm. İstəyərəm ki, hər həs ailəsi, uşaqları ilə bu dünyada azad və xoşbəxt həyat yaşasın”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.